TOP 10

“Qarabağ” qalib gəldi, “Neftçi” uduzdu

Futbol
Tarix: 2019-12-16 21:57

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.


Öncə “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi bu oyunda minimal hesabla uduzub. Günün son matçında isə Premyer Liqanın lideri “Qarabağ” çempionluq uğrundakı əsas rəqiblərindən birinə çevrilən “Keşlə” ilə üz-üzə gəlib. Ağdam klubu bu görüşdə minimal hesabla üstün olub.


Xatırladaq ki, ötən gün “Qəbələ” doğma meydanda “Sabah”a 3:0 hesabıyla qalib gəlib, “Səbail” – “Zirə” matçında isə qapılara qol vurulmayıb.


Azərbaycan kuboku
1/4 final

16 dekabr


“Neftçi” – “Sumqayıt” 0:1
Qol: R.Sadıxov, 48.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”, 18:00.


Neftçi: 1. Səlahət Ağayev (k), 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 93. Soni Mustivar, 10. Dario Federiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 8. Emin Mahmudov, 19. Rauf Əliyev, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 56. Elton Əlibəyli.
Baş məşqçi: Roberto Bordin.
Sumqayıt: 1. Mehdi Cənnətov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.


“Qarabağ” – “Keşlə” 1:0
Qol: İ.İbrahimli, 53.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.


Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 11. Mahir Emreli, 10. Dani Kintana, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 3. Aylton Silva, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 6. Rəşad Sadiqov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 7. Tural Bayramlı, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkbər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 90. Orxan Fərəcov, 77. Elmir Rəhimzadə, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
01 Avqust 2020
B.eÇ.aÇC.aCŞB