TOP 10

Dadaşov oynadı, komandası “Braqa”ya qalib gəldi

Dünya Futbolu
Tarix: 2019-12-16 11:29

Futbol üzrə Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Braqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.


Renat da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb. 90-cı dəqiqədə isə millimizin forvardı sarı vərəqə ilə cəzalanıb.


Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 11 xalla 18 kollektiv arasında 17-cidi.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
01 Avqust 2020
B.eÇ.aÇC.aCŞB