TOP 10

Zaur Həşimov: “Bu hesab rəqibə sərf edir”

Futbol
Tarix: 2019-12-15 19:11

"Oyunda məni ən çox meydan amili narahat edirdi. Süni meydanda oynamaq çətindir. Oyunçuların zədələnməsindən qorxurduq. Bu baş vermədi. Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik. Sevindirici məqam odur ki, qol buraxmadıq". 


Sport24.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.


38 yaşlı mütəxəssis bildirib ki, görüş yetəri qədər stresli olub: "Hesab rəqibə sərf edir. Premyer Liqada belə stress olmur. Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı".

CBCsport
24 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB