TOP 10

“Mənə dedilər ki, Nazarbayev oyuna gəlir, Azərbaycan millisinə qalib gəlmək lazımdı”

Futbol
Tarix: 2019-12-15 15:00

Rusiyalı məşqçi Leonid Paxomov Qazaxıstan millisini çalışdırdığı dövrlə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan millisi ilə matçdan əvvəl baş verən bir maraqlı hadisə haqda danışıb: “Azərbaycan millisiylə yoldaşlıq görüşü keçirirdik. Heyətə planlaşdırdığım kimi, ehtiyat oyunçuları dəvət etdim ki, onları yoxlayım. Birdən tribunalarda həyəcan yaşandı. Mənə dedilər ki, Nazarbayev oyuna gəlir, udmaq lazımdı. Necə yəni udmaq lazımdı? Yoxlama oyunu olduğu halda, niyə qalib gəlməliyik? Dedim ki, meydana kimi nəzərdə tutmuşamsa, onlar da çıxacaqlar və Nazarbayevə necə işlədiyimizi izah edərəm. Qazaxıstan prezidenti matça gəlmədi. Biz isə 2:3 hesabı ilə uduzduq. Sonra futbol rəisinin otağına girdim. Kreslosuna söykənmişdi. Dedim ki, sizinlə bir daha işləməyəcəyəm. Hələlik”.

 

Qeyd edək ki, Paxomovun nəzərdə tudtuğu matç 15 il əvvəl olub və bu, braziliyalı Karlos Alberto Torresin millimizin baş məşqçisi postunda ilk qələbəsi kimi tarixə düşüb. 

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB