TOP 10

“Bavariya”da 300-cü oyun

Dünya Futbolu
Tarix: 2019-12-15 13:00

Almaniya Bundesliqasının 15-ci turunun “Verder”lə oyunu “Bavariya” klubunun müdafiəçisi Jerom Boatenq üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, 31 yaşlı futbolçu Münhen təmsilçisinin heyətində 300-cü oyununu keçirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniya millisinin də formasını geyinən Jerom bu oyunda 6:1 hesablı qələbəyə sevinib.


Boatenq 2011-ci ildən “Bavariya”da forma geyinir. Mərkəz müdafiəçisi bu komandanın heyətində 2013-cü ildə UEFA Çempionlar Liqasının qalibi olub.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB