TOP 10

Kapitan komandasını 4:1-ə aldanmamağa çağırdı, 2019-cu ili aktivinə yazmadı: "O keyfi "bəh-bəh"lə yaşaya bilmədik"

Futbol
Tarix: 2019-12-15 10:30

"Düzdür, çempionatda Səbail"i 4:1 hesabıyla qalib gəldik. Ancaq bu, o demək deyil ki, Kubokunda adıçəkilən rəqibi artıq keçmişik və ya bizə yenə belə rahat olacaq. Yox, əsla belə deyil". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin kapitanı Cavid Hüseynov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Kubokunun 1/4 final mərhələsində də görüçəcəkləri "Səbail"lə budəfəki duelləri də cididyə almalıdırlar: "Bilirik ki, rəqib bizə qarşı son matçdan özünə dərs çıxarıb. Daha yaxşı hazırlaşıb, daha yaxşı çıxış etmək və nəticə qazanmaq istəyəcəklər. Bu, bizə aydındı. Biz də çalışacağıq ki, buna qarşı yaxşı hazırlaşaq, rahatlanmayaq, çempionatda 4:1 hesablı qələbə bizi aldatmasın. Həm də ola bilər ki, Kubokda digər "setka"ya baxanda, bizim ərəfdə bir-birinə daha uyğun rəqiblərdi. Finala asan deməyim, daha rahat yoldu. Biri var düşəsən "Neftçi"ylə, "Keşlə"ylə, "Qarabağ"la. biri də var daha münasib rəqiblə. Ancaq potensial rəqiblərimizdən olan "Qəbələ"nin özü də bugünkü gündə zəif deyil. Onu da elə hesab etmək olmaz ki, yarımfinala çıxsaq, görüçəcəyimiz "Qəbələ" və ya "Sabah" zəifdi. Bilirsiniz, bir az birhəhər çempionat gedir. Ona görə hansısa komanda haqda nəsə demək olmur".

 

Kapitan qış fasiləsinə yollandıqları 5-ci pilləni ürəklərincə olmadığını gizlətmir: "Əlbəttə, belə olmağına belədi. Amma komandamızı da aşalımaq istəmirəm, heç onun müzakirəsini açmaq fikrim də yoxdu. "Zirə" lazım gələndə həm yaxşı oyun göstərir, həm də nəticə qazanır. Bu, istənilən rəqibə aiddi".

 

31 yaşlı Hüseynov başa çatmaqda olan 2019-cu ili futbol həyatında aktivinə yazmadı: "Sözün düzü, bu il ürəyimcə olmadı. Bəli, "Qəbələ"ylə Kuboku qazandıq, ancaq o həzzi, keyfi yaşa bilmədik. Neçə illərdi həsrətində olduğu Azərbaycan Kuboku Qəbələyə gəldi. Ancaq buna əziyyəti keçmiş kollektiv, insanlar olaraq bunu "bəh-bəh"lə yaşaya bilmədik. Bildiyiniz kimi, bundan sonra "Qəbələ"dən maddi duruma görə çox futbolçu gedəsi oldu, mən də "Zirə"yə keçdim. Burda da əsas məqam qeyri-stabil çıxışımızın olmasıdı. Turnir cədvəlində istədiyimiz yerdə deyilik. Həm biz futbolçular, həm də rəhbərlik nəticə istəyir. Ancaq indiki durumda hələ ki nədən danışmaq olar...".

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB