TOP 10

Qəbələdə darmadağın, Bakıda qolsuzluq

Futbol
Tarix: 2019-12-15 18:52

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.


Öncə “Qəbələ” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Meydan sahibləri bu oyunda 3 cavabsız qola seviniblər.


Günün digər matçında isə “Səbail” “Zirə” ilə qarşılaşıb. Bu oyunda isə qapılara qol vurulmayıb.


Sabah isə “Neftçi” – “Sumqayıt” və “Qarabağ” – “Keşlə” qarşılaşmaları baş tutacaq.


Azərbaycan kuboku
1/4 finalın ilk oyunları

15 dekabr


“Qəbələ” – “Sabah” 3:0
Qol: K.Bauk, 19; 43. Ü.İsgəndərov, 87.
Qırmızı vərəqə: Ü.İsgəndərov, 90+2 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 15:00.


Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Giqauri, 21. Fernan Lopes, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı.
Baş məşqçi: Azər Bağırov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Dialo, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Jelko Sopiç.


“Səbail” – “Zirə” 0:0
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev.
“ASCO Arena”, 17:00.


Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 22. Mirabdulla Abbasov, 19. Ruslan Hacıyev, 3. Turan Manafov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 4. Elvin Camalov, 27. Adrian Skarlatake (k), 18. Xulio Sezar Rodriqes, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Zaur Həşimov.

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB