TOP 10

Valehoğlu, Abbaszadə, Musayev, Məmmədli

Futbol
Tarix: 2019-12-15 11:00

"CBC Sport"un Azərbaycan Kubokunun ilk 1/4 final matçlarına şərhçi təyinatları məlumdu. Sport24.az xəbər verir ki, bu dəfə Qəbələyə Nurlan Valehoğlu ezam olunub.

 

Belə ki, o bu gün saat 15:00-da başlayacaq "Qəbələ" - "Sabah" görüşünü Qəbələ şəhər stadionundan şərh edəcək. Bundan 2 saat sonra "ASK Arena"da keçiriləcək "Səbail" - "Zirə" matçını Gündüz Abbaszadənin şərhində izləyəcəyik.

 

Sabah saat 18:00-da "Bakcell Arena"da baş tutacaq "Neftçi" - "Sumqayıt" qarşılaşmasının şərhçisi Pərviz Musayev olacaq. Bundan 2 saat sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq "Qarabağ" - "Keşlə" oyununu Elnur Məmmədli şərh edəcək.  

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB