TOP 10

"Sərkərdə"nin ukraynalı sərkərdəsi liqamıza qiymət verdi, azərbaycanlı basketbolçularının narazılığını haqsız saydı: "Onlar hətta məndən inciyirlər ki..."

Basketbol
Tarix: 2019-12-15 12:00

Sərkərdə böyük qoşun birləşmələrini başçısı və ya komandana deyilir. Bu maraqlı adla idman komandasının olması diqqət çəkir. Söhbət basketbol üzrə Azərbaycan Super Liqasında çıxış edən "Sərkərdə"dən gedir. Bu komandanın baş məşqçisi əcnəbi mütəxəssis - ukraynalı İqor Çiqrinovdur ki, özüylə birgə Vətənindən xeyli oyunçu gətirib. Nəticədə "Sərkərdə"nin "silah"ı da məhz ukraynalılardır ki, onlar arasında baş məşqçinin oğlu da var. Uzun illər Vətənində məşqçi kimi çalışmış, 2014-cü ildə "Kirovoqrad"la yüksək liqada çempionluq qazanan 52 yaşlı Çiqrinovla Azərbaycan Super Liqasının X turunun açılış matçında - lider "Zirə"yə 86:103 hesabıyla uduzduqları görüşdən sonra tanış olduq. Bəndənizdən "kamera çəkilişi aparmırsınızsa, gödəkçəmi geyinim" deyən təcrübəli mütəxəssis zalda soyuq olmasına işarə vurdu.

 

- Oyundan qızınmadınız?

- Yox, razı qalmadım. Komandamızın çıxışı məni qane etmədi. 15 dəqiqə oynayırlar, sonra əvəzləmələr edirəm və oyunumuzun səviyyəsi mənfi planda olur. Bu zaman nə müdafiə olunmağımız alınır, nə də hücum etməyimiz. Bərabər səviyyəli mübarizə idi, bir neçə yerli basketbolçu buraxdıq, sonluq belə alındı. Həmin azərbaycanı oyunçularım isə hətta inciyirlər ki, onları meydana az buraxıram. Bunu etdim, hesabda fərq -10 oldu. 

 

- Belə çıxır ki, "Sərkərdə"də legionerlərlə yerli oyunçular arasında səviyyə fərqi böyükdü?

- Bəli, məhz elədi. İstəmirəm ki, Ukraynadan gətirdiklərim bütün 40 dəqiqəni oynasınlar. Ancaq belə alınır ki, buna məcburam. İstənilən halda, yerli oyunçulara şans verməyə çalışacam. 

 

- Sizcə, azərbaycanlı basketbolçularda ilk növbədə nə çatmır?

- Oyun pratikası. Həmyerlilərim Ukrayna Super Liqasında da çıxış ediblər, avrokuboklarda da. Burdakılar isə praktiki olaraq basketbol oynamayıblar. Nəticəsi də budu.

 

- Ukraynadan Azərbaycanda böyük dəstəylə gəlmisiniz, hətta oğlunuz da komandanızdadı. Bura sizi gətirən əsas amil, stimul verən nə oldu? Çünki uzun müddətdir basketbolu duğrunluqda olan ölkəyə işləməyə gəlmisiniz...

- İlk növbədə istəyirsən ki, yerli basketbol inkişaf etsin. Biz də məhz buna görə gəlmişik ki, səviyyə qalxsın, zalda çox tamaşaçı olsun, maraqlı matçlara izləməyə gəlsinlər. Ancaq istənilən halda, hələ belədi ki, bizdə 4 basketbolçu var. Bu sayla isə basketbol oynamırlar.

 

- Klub rəhbərliyi "Sərkərdə"nin sərkərdəsinin qarşısında hansı məqsəd qoyub?

- Həmişə olduğu kimi - rəhbərik daim baş məşçqinin qarşısına ilk yerləri tutmağı qoyur.

 

- Bəs bu, nə dərəcədə realdı?

- Bizim üçün real yerlər 3-4-cüdü. Buna potensialımız var. Məsələn, liderin ən yaxın izləyicisi olan "Atom"a hər iki matçda qalib gəlmiişik. Belə çıxır ki, bizdə digərləriylə görüşlərdə nəticə yaxşı alınmır. 

 

- Azərbaycan Super Liqasının ümumi səviyyəsinə necə qiymət verdiniz? Öz Super Liqanızla necə müqayisə edərdiniz?

- Səviyyə fərqi böyükdü. Bizdə ilk növbədə fərqləndirən məqam iştirakçıların hamısının peşəkar klublar olmadıdı. Burda isə yarımhəvəskar komandalardı. Məsələn, burda yerli oyunçularımız daim məşq etmirlər. Çünki işləyirlər və bu üzdən yalnız oyundan oyuna gəlirlər. Və bu halda istəyirlər ki, çıxıb oynasınlar. Belə isə olmur.  İdmanda məşqsiz, hazırlıq keçmədən mümkün deyil. Ukrayna klublarında gündə 2 məşq olur, istirahət günlərisə oyunlar keçirilir. Komandamızda isə vəziyyətlə belədir ki, tam heyətlə məşq edə bilmirik. Şərait var, sadəcə, məsələ onların işləməklərində, tələbə olaraq oxumalarındandı. 

 

- Elə etmək olmaz ki, həmin yerli oyunçulara normal məvacib verilsin, başqa yerdə işləməsinlər və bütün diqqətlərini basketbola yönəltsinlər?

- Pul işinə mən baxmıram, maraqlanmıram da.

 

- Olmaz ki, rəhbərlik qarşısında bu qaldırasınız ki, işə peşəkar yanaşma olsun?

- Klubda bir iş var ki bu, mənimdi - məşqçilikdi. Bir iş də var ki, maliyyədi. Buna isə mən müdaxilə etmirəm.

 

- Qış transfer dövründə güclənəksiniz?

- Bilmirəm, vəziyyətə baxacağıq. Açığı hələ ki bu, planda yoxdu. 

 

- Sizcə, bu gün komandanızı tam üstələyən "Zirə" sonda çempion olacaq?

- İndidən bunu söyləmək olmaz. Çünki hələ pley-off var. Düzdür, "Zirvə"nin rəqibləri arasında səviyyə fərqi böyükdü. Ancaq pley-off tam başqa səviyyəli yarışdı.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
19 Yanvar 2020
18 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB