TOP 10

“Sərkərdə” “Zirvə”yə uduzdu, 3 oyun baş tutmadı

Basketbol
Tarix: 2019-12-14 18:42

Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 10-cu turun oyunları keçirilməli idi.  Sport24.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Zirvə” “Sərkərdə” ilə üz-üzə gəlib. 
 

“Sərkərdə” rəqibinə yalnız 1-ci hissədə müqavimət göstərə bilib. Qalan hissələrdə çempionatın lideri rəqibə heç bir şans verməyərək inamlı qələbəyə imza atıb - 103:86 (21:20, 25:16, 26:15, 31:35).


“Atom” - “Sıçrayış”, “Gəncə” - “Xırdalan” və “80-lər - “Atletik” oyunları isə Texniki Universitetin basketbol zalında yaranan texniki problemlərlə əlaqədar təxirə salınıb.


Azərbaycan Basketbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, “Atom” - “Sıçrayış” (saat 13:00) və “Gəncə” - “Xırdalan” (15:00) matçları sabah keçiriləcək. “80-lər” - “Atletik” qarşılaşması isə gələn həftə baş tutacaq.

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB