TOP 10

“Sabah” “Verona” ilə də bacarmadı

Futbol
Tarix: 2019-12-14 16:26

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən “Audi Cup”da iştirak edən “Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, təmsilçimiz bu dəfə İtaliyanın “Verona” klubuyla qarşılaşıb. 
 

Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Matçda “Sabah”ın yeganə qoluna Mirhafiz Talışzadə imza atıb.


Xatırladaq ki, U-14 bundan öncə “Audi Cup”da İspaniyanın “Levante” (1:3) və Gürcüstanın “Saburtalo” (1:3) komandaları ilə qarşılaşmışdı.


Təmsilçimiz turnirdəki son oyununda 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq.

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB