TOP 10

"Zirvə"yə zirvədən düşmək uğursuzluq sayılacaq: "Deməzdim ki, rəqiblərimizdən bir baş güclüyük, ABŞ-dan Çarlzdan güclü basketbolçu gətirəcəyik"

Basketbol
Tarix: 2019-12-14 14:18

Baskebol üzrə Azərbaycan Super Liqasında ikinci dövrə davam edir. X turun açılış matçında lider "Zirvə" ən yaxın izləyicilərindən olan "Sərkərdə"ni 103:86 hesabıyla məğlub edərək hesabına 19-cu xalı yazdı. Komandanın təcrübəli məşqçisi, Azərbaycan Basketbol Federasiyasının Məşqçilər Şurasının sədri də olan Şəhriyar Əsgərov matçdan sonra Sport24.az-ın əməkdaşıyla söhbətində sir sıra mətləblərdən danışıb.

 

- Aydın məsələdir ki, nəticə sizi raldı. Növbəti inamlı qələbəni qazandınız. Bəs oyunun özün?

- Sözün düzü, qələbə bir qədər asan oldu və bunu gözləmirdim. Çünki zədəli oyunçularımız vardl. Xüsusilə əsas heyətin üzvü olan Əkbər Məmmədov yalnız matçın taleyini həll edəndən sonra meydana çıxdı. Anar Hacıyevlə Ənvər Poladxanlının da zədəsi vardı. "Sərkərdə"yə ilk dövrədəki oyunumuzla müqayisədə bu dəfə qarşılaşma asan alındı. 

 

- Buna səbəb nəyi görürsünüz?

- Rəqibi yaxşı təhlil edərək hazırlıq prosesində necə oynayacağımızı planlaşdırırdıq. Əvvəlki qarşılaşmadalarımızdan fərqli ev tapşırığımız vardı. Məsələn, Zaur Paşayevin müdafiədə gördüyü işləri başqa matçlarda görmürdük. Eyni zamanda qalibiyyətlərdən sonra oyunçularımızı motivasiya etməyi bacarırıq. Çünki komandamızda iki təcrübəli basketbolçu var - Zaur Paşayevlə Anar Sarıyev.

 

- Onlar oynayanda, basketbolumuzda hələ "Qala" klubu, əfsanəvi Rimas Kurtinaytis vardı...

- Elədi. Belə təcrübəli oyunçuların komandada olmağı digərlərinin boşalmağına, matça, məşqlərə qeyri-ciddi yanaşmağına şərait yaratmır. Bundan əlavə, ikinci dövrədəyə ayrı iki oyun kombinasiyası əlavə etdik. Çünki bilirik ki, ilk dövrədə göstəridyimiz oyunu rəqiblər artıq öyrəniblər. Yəqin ki, növvbəti dövrəyə qədər 6 hücum variantı oynaya biləcək. 

 

- Paşayevlə Saryev nə qədər təcrübəli oyunçular olsa da, yaş öz sözünü deyir. Meydanda gərgin mübarizə əilk növbədə fiziki planda nə dərəcədə hazırdırlar?

- Düzdür, yaş amili var. Ancaq basketbolda bir qədər də müdriklik rol oynayır. Gördünüz ki, az xal toplamalarına baxmayaraq, daha çox oyun kombinasiyalı oyun sərgiləyirlər. Gənc 25-30 xal toplayırdılarsa, indi bundan az yığırlar, ancaq lider kimi komandaya faydalıdırlar. Fiziki gücləri 10 il bundan qabaqkı kimi olmasa da, basketbol ilk növbədə ağıl oyunudu. Bununla da bütün işləri həll etməyə qadirdilər.

 

- Liderin də "axsayan" cəhətləri var. Bunlar nədir ki, üzərində işləməlisiniz?

- İlk dövrədə oynadığımız 4 kombinasiya bizə artıq yetərli deyil. Yeni variantlarla bağlı axtarışlarımızın artıq nəticələri var və bunları tətbiq edirik. Liderliyimizə toxundunuz, bu yerdə onu deyim ki, bu gün bütün komandalar bizə qarşı qələbə üçün çıxırlar. Biz də buna hazır olmalıyıq. Burda bizim üçün ən böyük amil nə fiziki, nə də textiki-taktiki hazırlıqdı. Əsas motivasiya, düşüncə, beynin sakit, əsəblərin möhkəm olmasıdı. Özünüz də gördünüz, oyuna müdaxilə edirdim ki, hakimlərlə danışmaq olmaz. Bu işdə təcrübəli futbolçular kömək edir. Bir də oyunçularımızın çoxunun uşaq məşqçisi olmuşam və bu üzdən xarakterindəki bütün cəhətləri bilirəm.

 

- Rəqiblərinizdən bir baş güclüsüünz. Bu, sizi nə dərəcədə razı salır?

- Yox, bir baş deməzdim. Ən yaxın izləyicilərimiz - "Sərkərdə" ilə yanaşı, "Atom", Gəncə", "Atletik" zəif komandalar deyil. Yaxın vaxtda "Xırdalan"dan bir sıçrayış gözləyirəm. Çünki orda yaxşı uşaqlar var. Bu komanda bir sıra görüşlərdə son saniyələrdə uduzub. Bu da onu görür ki, müəyyən şeylər hələ çatmır. Baş məşqçiləri də təcrübəli mütəxəssisdi

 

- Bu, millimizin baş məşqçisi Samit Nuruzadədi...

- Hesab edirəm ki, onun komandası bu çatışmazlıqların öhdəsindən gələcək.

 

- Rəhbərlik "Zivrə"nin qarşısına məqsəd yalnız zirvədə olmağı qoyub?

- Birmənalı. Komamdamız adına uyğun zirvədə olmalıdı. Çempionluğa iddialıyıq. Düzdür, indidən bir şey demək çox çətindi, çünki hələ ekvator xəttini keçməmişik. Bundan sonra pley-off mübarizəsi var. İkinci yer bizim üçün uğursuzluq sayılacaq.

 

- Qış fasiləsində yeni transferlərlə güclənməyi planlaşdırmısınız?

- Bəli. Bu ayın sonunda "transfer pəncərəsi" açılır  və bundan istifadə edərək bir, yaxud iki hündürboyli oyunçu heyətə cəlb edəcəyik. Hazırda bir legionerimiz var - ABŞ-dan Çarlz İton. Ondan da yaxşı oyunçu gətirəcəyik.

 

- Buna maddi imkanımız çatır?

- Çatır. Gürcüstandan da yeni oyunçulara baxırıq. Ancaq Amerikadan  gəriməyiçox istəyirik. Rəhbərlik buna qol qoysa, yəqin ki, bunu reallaşdıracağıq. 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB