TOP 10

Region Liqasında həftəsonu həyəcanı: İkiqat çempion antirekordçu etdiyi "Qardaşlar"a qonaq gəlir

Futbol
Tarix: 2019-12-14 12:00

Bu gün Region Liqasında VIII tura start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə Mərkəz zonasında mübarizə olacaq.

 

Belə ki, lider "Ağsu Siti" Beyləqana səfər edərək "Mil"in qonağı olacaq. "İmişli" isə son pillədə gedən Saatlı "Araz"ını qəbul edəcək. Həmin zonada 2-ci pillədə gedən "Şamaxı" bu turda istirahət edəcək.

 

Turun qalan matçları isə sabah baş tutacaq. Liqada ən çox - 8 komandanın olduğu Paytaxt və Şimal zonasında ikinci dövrə yalnız indi başlayır. Şərikli liderlər şərikli autsayderlərlə görüşəcək. İlk pillənin sahibi "Uğur" startda 16:0 hesabıyla məğlub etdiyi "Qardaşlar"ın qonağı olacaq. Bu, cari mövsümün ən böyükhesablı qələbəsidi. Sumqayıt təmsilçisiylə liderliyi bölüşdürən Qusar "Şahdağ"ı son pillədə gedən "Xudat"ı qəbul edəcək. Quba "Şahdağ"ı ev matçlarını keçirdiyi "Şrivanovka"nın stadionunda bu komandanın qonağı olacaq. "Qusar"ı isə paytaxtda "İrəvan"la səfər matçı gözləyir.

 

Qərb və Şimal-Qərb zonasında lider "Energetik" bu turda istirahət edəcək. Bu, Mingəçevir təmsilçisinin ən yaxın izləyicisi "Şəki"yə onunla xal sayını bərabərləşdirməyə imkan verir. Bunun üçün sondan əvvəlki pillədə gedən "Qoşqar UGİM-2"ni Gəncədə məğlub etmək lazımdı. Pley-offa iddialı Qazax "Göyəzən"ı isə 1 xalla son pillədə gedən "Oğuz"un qonağı olacaq. 

 

Cənub zonasında mərkəzi matçı Lənkəranda olacaq. Belə ki, lider "Alyans" qonşu bölgə təmsilçisi "TNT Astara"yla evdə görüşəcək. Onu da bildirək ki astaralılar rəqibdən 6 xal geri qalsa da, 1 matçı ehtiyatda var və ən əsası, Lənkəran təmsilisindən fərqli məğlubiyyəti hələ ki yoxdu. "Ümid" Cəlilabadda Masallı "Ərkivan"ını qonaq edəcək. Son pillənin sahibi olan Qobustan "Şıxlar"ı isə Salyanda qonşu bölgə təmsilçisi "Neftçala"nı qəbul edəcək. 

 

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB