TOP 10

Əmirquliyev "Şahdağ"ın yeni baş məşqçisi təyin olundu

Futbol
Tarix: 2019-12-14 11:18

Region Liqasının təmsilçisi olan Quba "Şahdağ"ının yeni baş məşqçisi açıqlanıb. Sporr24.az.xəbər verir ki, bu, Fair Əmirquliyevdi.

 

Gənc mütəxəssis bunadək həmin komandada baş məşqçi olan İbrahim Uzuncanın köməkçisi idi. Türkiyəli çalışdırıcıyla müqavilə bir müddət əvvəl qarşılıqlı razılıqla pozularaq yollar ayrıldı. 

 

"Səbail"in kapitanı Rahid Əmirquliyevin böyük qardaşı olan Fair onunla birgə yüksək liqada Qusar "Şahdağ"ında çıxış edib. 38 yaşlı Əmirqiliyev karyerasını bitirdikdən sonra anadan olduğu Qusarda uşaq futbolunda məşqçi çalışıb. Belə ki, o, ötən il "Şahdağ"ın U-10 və U-11 komandalarının baş məşqçisi olub. 

 

Qeyd edək ki, Quba klubu çıxış etdiyi Paytaxt və Şimal zonasında 3-cü pillədə gedir. 

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB