TOP 10

"Səbail"in legioneri Qətərə aparılır

Futbol
Tarix: 2019-12-14 11:00

"Səbail"in moldovalı legioneri Yevgeni Koçuk milli komandasına dəvət olunub. Sport24.az xəbər verir ki, bu ölkənin yığmasının türkiyəli baş məşqçisi Engin Fırat 26 yaşlı yarımmüdafiəçini Qətərə aparacaq heyətdə yer verəcəyini açıqlayıb.

 

Bu, növbəti ilin yanvarın 9-da Asiya ölkəsində İsveş millisiylə keçirəcəkləri yoldaşlıq görüşüylə bağlıdı. Fıratın siyahısında 22 futbolsa da, dəyişikliklər mümkündü. Məsələ ondadır ki, həmin tarix FİFA-nın rəsmi təqvim günləriylə uyğun gəlmir. Buna görə bəzi klublar futbolçularını milliyə buraxmaya bilər.

 

Elə "Səbail" də həmin müddətdə qış təlim-məşq toplanışına başlayacaq. Sadəcə, hələ Bakı təmsilçisinin futbolçusu kimi göstərilən Koçukun qış fasiləsində klubunu dəyişəcəyi gözlənilir. Hələliksə zədə üzündən son vaxtlar oynayan Yevgeni əməliyyat olunması nəzərə tutulub. 

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB