TOP 10

Dmitri Kramarenko Emil Balayevə məsləhət verdi: "Bununla "bir gülləylə iki dovşan vurmaq" olardı"

Futbol
Tarix: 2019-12-14 10:01

"Emillə son dəfə iki həftə əvvəl danışmışdım. Əlbəttə, sevindiricidir ki, onu Qazaxıstanda başa çatan mövsümün ən yaxşılarından hesab ediblər. Bu ölkədə tanınmış olan Sports.kz saytı onu mövsümün ən yaxşı qapıçısı sayıb. Təbii ki, qısa müddətdə əldə olunan bu nailiyyətlər heç də pis deyil". Bu fikirləri Football24.az-a açıqlamasında Azərbaycan millisinin qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenko bildirib.

 

O, millimizin hazırda "1 nömrə"si olan Emil Balayevin bu il həm oyununda, həm də stabilliyində artırdığını hesab edir: "Bu, ilk növbədə özünün xidmətidi, eyni zamanda birbaşa onunla işləyən məşqçinin. Və əlbəttə, valideynlərinin də. Emilin tərbiyəsində, intelektual səviyyəsinin, dünyagörüşünün artmasında ata-atasının böyük rolu var. İnşallah, Balayev bundan sonra hər bir planda artırsın". 

 

Məlumdur ki, "Tobol"un baş məşqçi postuna əsas namizəd milliyətcə erməni olan Qriqori Babayandı. Bu isə Emilin klubunda işlərini çətinləşdirə bilər. Kramarenko alternativ variant təklib edib: "Açığı, bilmirəm ki, bu vəziyyətdə nə deyəsən. Prinsipcə, yaxşı olardı Balayev Qazaxıstandan daha yüksək səviyyəli çempionata keçsin ki, onda tərəqqi olsun. Bununla "bir gülləylə iki dovşan vurmaq" olardı. Bildiyim qədərilə ona bir neçə ölkədən, o cümlədən Rusiyadan maraq var. Balayevlə işlədiyim 1 ildə deyə bilərəm ki, daha güclü çempionata düşməsini istərdim. Bu, onun üçün müsbət olardı. Emil  səviyyəsi yüksək olan liqada uğurlu çıxış etməyə qadirdi. Ən böyük faktor isə qapıçının oynamasıdı. Məhz bu amil onun millidə əsas heyətdə yer almağında əsas səbəblərdən oldu". 

 

Məlumdur ki, Balayevin "Tobol"la hələ 1 illik müqaviləsi var və erməni baş məşqçi təyinatından sonra qapıçımızı əvəzedici heyətə göndərə bilər. Millimizin məşqçisi bu məqamda ən vacib amilin futbolçunun istəyi ilə bağlı olduğunu sayır: "Həmin erməni mütəxəssisin təyinatı olandan onunla danışmalıdı ki, hər şey necə gedəcək. Emil ilk növbədə peşəkardı. Kənardan təklif olmazsa, klubla olan müqaviləsinə əsasən çıxışını davam etdirməidi. Hadisələrin gedişatına əsasən görsə ki, əvəzedicilərə göndəriləcək, rəhbərliyə yaxınlaşaraq danışa bilər ki, onu buraxsınlar. Rəhbərlik buna adekvatdırsa, onun ehtiyatda saxlamağın mənası yoxdu. Buna görə ona imkan verə bilər ki, özünə alternativ variantlar axtarsın. Emili ya icarəyə verə bilərlər, ya da onu istəyən klubla transfer məsələsində razılaşa. Həmin erməni məşqçi məsələyə peşəkar yanaşsa, onda problem olmamalıdı. Peşəkar olmasa, futboldan kənar yanaşma olsa, onda başqa nüanslar ortaya çıxacaq. İndi hadisələrə qiymət vermək çətindi. Bir də ki axı, Babayanı hələ təyin etməyiblər!. Gəlin, "Tobol"un rəhbərliyinin qərarını gözləyərək, artıq bundan somra faktla bağlı düşünək".

 

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB