TOP 10

Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

Dünya Futbolu
Tarix: 2019-12-14 09:15

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 19-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
 

Sözügedən komanda doğma meydanda “Maqdeburq”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.


Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da millimizin forvardı vurub. 36-cı dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.


Münster klubu 19 turdan sonra 16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB