TOP 10

Şenol Günəş Bakıda mətbuat konfransı keçirməyi düşünür: "Azərbaycan ilə bir yoxlama matçı da oynaya bilərik"

Futbol
Tarix: 2019-12-13 22:10

Türkiyə millisinin baş  məşqçisi Şenol Günəş AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı paytaxtımıza səfəri haqqında danışıb. Sport24.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Azərbaycanda isti münasibət gördüyünü deyib: "Təlim-məşq toplanışı üçün yer seçmək və başqa işlərə görə Bakıya getdik. Orda böyük sevgi gördük, televiziyaya çıxdıq. Bizi indidən bağırlarına basdılar".

 

Şünən Baklya növbəti səfərlə bağlı planlarından da söz açıb: "Yenidən gedib, təlim-məşq toplanışı ilə əlaqədar məsələləri planlaşdıracağıq. Həm də orada mətbuat konfransı keçirməyi düşünürəm. Azərbaycan ilə bir yoxlama matçı da oynaya bilərik. Təbii ki, evimizdə çıxış edəcəyimiz hissini bizə indidən yaşadırlar. Oyunlarda dəstək görəcəyimizi bilirəm. Bu cəhətdən şanslıyıq".

 

 

Xatırladaq ki, Türkiyə millisi iyunun 17-i Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

 
CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB