TOP 10

Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

Dünya Futbolu
Tarix: 2019-12-13 21:00

Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı futbolçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə azarkeşlər 4 namizəd arasında seçim edib.
 

Nəticədə "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud turun ən yaxşısı seçilib. 18 yaşlı ingilis futbolçu sonuncu turda komandasının Niderland “Alkmaar”ına 4:0 hesabıyla qalib gəldiyi oyunda dubla imza atmaqla buna nail olub.


Qrinvud digər iddiaçılar Joris Nyanyon ("Renn"), Bukayo Saka ("Arsenal") və Dioqu Jotanı ("Vulverhempton") qabaqlamağı bacarıb.

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB