TOP 10

Yığmamız Bakıda təlim-məşq toplanışına başladı - VİDEO

Güləş
Tarix: 2019-12-13 19:30

Sərbəst güləş Azərbaycan yığması növbəti təlim-məşq toplanışına start verib. Sport24.az xəbər verir ki, həftənin ilk günlərindən Olimpiya Güləş Mərkəzində hazırlığa başlayan millimizin məşqlərində geniş heyət iştirak edir. 

 

Zədəli güləşçilər istisna olmaqla, komanda tam tərkibdə toplanışı davam etdirir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanış dekabrın 25-dək davam edəcək. Toplanışa sınaqçı-rəqib kimi Rusiyadan bir neçə güləşçi də qatılıb.

 

Qeyd edək ki, növbəti təlim-məşq toplanışı Türkiyədə keçiriləcək.

CBCsport
22 Yanvar 2020
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB