TOP 10

"Qəbələ" tərəfindən sponsor yardımının imtinası ilə bağlı AFFA-ya müraciət olunduqda..."

Futbol
Tarix: 2019-12-13 16:34

"İdman TV" və Azərbaycan Radiosu 105FM-nin ortaq yayımında efirdə olan "Extra Time" verilişində AFFA-nın mətbuat katibi Firuz Abdulla "Qəbələ" klubu ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, assosiasiya rəsmisi hər bir klub üçün bank zəmanəti olduğunu qeyd edib: "Qəbələ" tərəfindən sponsor yardımının imtinası ilə bağlı AFFA-ya müraciət olunduqda, həmin bank zəmanəti aktivləşdiriləcək və klub mövsümü başa vuracaq. Belə hal yaranacağı təqdirdə klubla bağlı digər məsələlər İK-nin növbəti iclaslarında müzakirə olunacaq".

 

 

Xatırladaq ki, "Qəbələ"nin baş sponsoru olan "Gilan Holding" növbəti ilin yanvarından kluba maliyyələşməni dayandıracaq. 

 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB