TOP 10

Azərbaycanlı futbolçu ayın ən yaxşısı seçildi

Dünya Futbolu
Tarix: 2019-12-13 16:03

Rusiyanın “Ufa” klubunda noyabr və dekabrın ən yaxşı futbolçusu məlum olub. Sport24.az xəbər verir ki, bu, azərbaycanlı futbolçu Azər Əliyevdi. 


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisinin azarkeşləri arasında keçirilən sorğuda 42,1 faiz səs toplayan Əliyev həm noyabr, həm də dekabrın ən yaxşı futbolçusu seçilib. 25 yaşlı yarımmüdafiəçi bu müddətdə 4 oyuna çıxıb və 1 qol, 1 də məhsuldar ötürmə ilə yadda qalıb.


“Ufa” Premyer Liqada 19 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb.

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB