TOP 10

Rüstəm Orucovdan bürünc medal

Cüdo
Tarix: 2019-12-13 15:21

Azərbaycan cüdoçusu Rüstəm Orucov Çinin Tsindao şəhərində keçirilən “Masters” turnirində bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Cakova ilə qarşılaşıb. Rəqibini məğlub edən Orucov bürünc medal qazanıb.


Bu çəkidəki digər cüdoçu Hidayət Heydərov isə mübarizəni erkən dayandırıb. O, ilk görüşündə Daqa Qinqi (Çin) məğlub etsə də, 1/8 finalda yaponiyalı Masaşi Ebinumaya məğlub olub.


İlk yarış günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.

CBCsport
22 Yanvar 2020
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB