TOP 10

Kubok duelinə 5 oyunluq seriya ilə

Futbol
Tarix: 2019-12-13 14:00

Bu həftə futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, “Zirə” yarımfinala vəsiqə uğrunda mübarizədə “Səbail”lə üz-üzə gələcək. 


“Qartallar” dekabrın 15-də baş tutacaq ilk görüşü səfərdə keçirəcək. Bu, sözügedən komandanın 2019-cu ildəki son səfər matçı olacaq. Dörd gün sonra isə ilin son oyununda qüvvəsini sınayacaq “Zirə” “Səbail”i qəbul edəcək.


Komandalar ölkə kuboku tarixində ikinci duelə çıxacaqlar. İki oyundan ibarət olan ilk belə mübarizə ötən mövsüm yaşanıb. Bir il əvvəl də “Zirə” və “Səbail” 1/4 finalda rəqib olub.

Qəsəbə klubu evdə keçirdiyi ilk oyunda 1:0 hesabı ilə qələbə qazanıb. İlkin Muradovun qol vurduğu görüşdə “Zirə”nin məğlubiyyətsizlik seriyası başlayıb. “Səbail”lə cavab matçında da 3:2 hesabı ilə qalib gələn “qartallar” artıq 5 kubok oyunudur məğlub olmur. Bu müddətdə 3 qələbə qazanan komanda 2 heç-heçə edib.
Bu rəqiblə hər iki kubok matçında qalib gələn “Zirə” top fərqində 4-2 hesabı ilə öndədir. Bu qarşılaşmaların bombardiri iki qol vuran Adil Nağıyevdir.

CBCsport
22 Yanvar 2020
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB