TOP 10

Daha bir milli komandamızın baş məşqçisi istefaya göndərildi

Futbol
Tarix: 2019-12-13 13:09

Azərbaycanın daha bir yığma komandasının baş məşqçisi istefaya göndərilib. AFFA İcariyyə Komitəsinin (İK) üzvü İsgəndər Cavadov Sport24.az-a verdiyi məlumata görə, U-17 yığmasının baş məşqçisi Vüqar Məmmədlə də işbirliyinin dayandırılması ilə bağlı təmsil olunduğu qurumun bugünkü iclasında qərar veriblər: "Bu, həmin yığmanın son tsikldə uğursuz çıxışına görədi. U-21 və U-19 yığmalarının baş məşqçiləri Milan Obradoviç və Samir Əliyev isə postlarında qalırlar. Onlarla müqavilələr uzadılıb".

Məmməd İK-nın ötən il son iclasında U-19-dan U-17 yığmasına göndərilmişdi və bu yığmayla seçmə mərhələdə qrup sonuncusu olub.

 

Xatırladaq ki, AFFA əsas yığmamızın xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçin də istefaya göndərilməsi ilə bağlı qərar çıxarıb. 

CBCsport
22 Yanvar 2020
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB