TOP 10

AFFA Yurçeviçlə bağlı qərarını verdi

Futbol
Tarix: 2019-12-13 13:00

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib. Bu haqda Sport24.az-a AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov məlumat verib.

 

O, bu ilin fevralında baş məşqçi postuna təyin olunan, 1 illik müqvailə imzalanan 53 yaşlı xorvatiyalı mütəxəssislə anlaşmanın uzadılmaması ilə bağlı qərar verdiliyini bildirib: "Yurçeviç vəzifəsində qalmaq istəyirdi. Dedi ki, imkan olsaydı, qalsaydım nəticə verərdim. Belə baxanda, tsikldə 1 xal yığan baş məşqçi özü əlini qaldırıb getməlidi. Şərait yaradılmışdı, ancaq nəticə göstərmədi. Belə olan halda, qərara gəldik ki, müqavilə uzadılmasın. Həmişə demişəm ki, baş məşqçi bura gələndə, fikirləşməli, hər şeyi götür-qoy etməlidi. Çempionatı izləməli, nə qədər komandalar var, səviyyələri necədi, necə oynayırlar. Bundan sonra qərara gəlməlidi. İndi deyir ki, sizdə vəziyyət belədi, ona görə nəticə verə bilmədim".

 

Cavadov millinin yeni baş məşqçisi məsələsinin hələ açıq qaldığını söyləyib.

 

 

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB