TOP 10

Paşayev 90 dəqiqə oynadı, komandası Avroliqa ilə vidalaşdı

Dünya Futbolu
Tarix: 2019-12-13 12:44

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 6-cı - sonuncu turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da bu turnirdə sonuncu matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə Belçikanın “Gent” klubu ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.


Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


“Aleksandriya” 6 oyuna topladığı 3 xalla qrup mərhələsini sonuncu pillədə başa vurub.

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB