TOP 10

Qara üçün qara nəticə

Futbol
Tarix: 2019-12-13 11:46

“Qarabağ”ın futbolçusu Qara Qarayev avrokuboklarda antirekorda şərik olub. Sport24.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin VI turunun “Düdelanj”la görüşün 46-cı dəqiqəsində ikinci sarı vərəqə üzündən meydandan qovulan 27 yaşlı yarımmüdafiəçi avrokuboklarda 2-ci dəfə qırmızı vərəqə alıb.

 

Bununla Qarayev Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qırmızı vərəqə alan futbolçular sırasında yer alıb. Ona qədər "Qarabağ"ın sabiq müdafiəçiləri - albaniyalı Admir Teli və Elvin Yunuszadə də iki avrokubok görüşündə belə cəza almışdı.

 

Qeyd edək ki, Qara ilk dəfə qırmızı vərəqənu 2018-ci il iyulun 11-də Çempionlar Liqasının I təsnifat mərhələsinin “Olimpiya” ilə səfər görüşündə alıb. "Qarabağ"ın 1:0 hesabıyla qalib gəldiyi həmin matçda da  bu, 2 sarı vərəqəylə olmuşdu. 

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB