TOP 10

"Qarabağ" ın qrup qazancı bilindi

Futbol
Tarix: 2019-12-13 11:00

Avropa Liqasının qrup mərhələsinda çıxışını başa vuran “Qarabağ” büdcəsini daha da zənginləşdirib. Sport24.az xəbər verir ki, bu, son turda Bakıda keçirilən matçda Lüksemburq təmsilçisi “Düdelanj”la heç-heçə sayəsində 190 min avroyla reallaşıb.

 

Beləliklə, qrup mərhələsini 1 qələbə və 2 heç-heçə ilə başa vuran “Qarabağ” 950 min qazanc götürüb. Azərbaycan çempionu bu mərhələyə vəsiqə qazanmaqla maddi planda 2 milyon 920 min avro qabağa düşmüşdü. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası qrup mərhələsində iştirakdan başlayaraq 3 milyon 870 min avro əldə edib.

 

Qeyd edək ki, qrup mərhələsinin oyunlarında qələbə komandaya 570, heç-heçə 190 min avro qazandırır. 

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB