TOP 10

Azərbaycanın UEFA reytinqində itirdiyi şans

Futbol
Tarix: 2019-12-13 10:00

Avropa Liqasının qrup mərhələsinin VI turunda “Düdelanj”la qarşılaşan “Qarabağ” Azərbaycanın UEFA reytinqini artırıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Lüksemburqun "Düdelanj" klubuyla 1:1 hesablı heç-heçə sayəsində ölkəmiz 0,250 xal əldə edib.

 

Bununla da cari mövsümün əmsalı 3,375-ə yüksəlib,son 5 ilə əsasən hesablanan reytinqimiz isə 18,750-yə çatıb.

 

Avropada 26-cı olan Azərbaycanın 1 pillə irəliləmək şansına malik idi ki, nəticə bunun üzərindən xətt çəkib. Artıq avrokubok mövsümünü başa vuran ölkəmiz 25-ci pilləni 18,875 xala malik Belarusun əlindən almağı bacarmayıb. Bunun üçün “Qarabağ”a qalib gəlmək lazım idi.
 

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB