TOP 10

Avroliqada qrup mərhələsi yekunlaşdı - “Başakşəhər” pley-offda!

Dünya Futbolu
Tarix: 2019-12-13 02:09

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki sonuncu təmsilçisi olan “Qarabağ” da son oyununa çıxıb. Ağdam təmsilçisi Lüksemburq “Düdelanj”ını qəbul edib və heç-heçəyə razılaşıb. Qrupun digər matçında APOEL “Sevilya” ilə qarşılaşmadan minimal hesabla qalib ayrılıb.


Türkiyənin “Trabzonspor” klubu “Bazel”in, “Beşiktaş” “Vulverhempton”un, “Başakşəhər” isə “Borussiya”nın (Münhenqladbax) qonağı olub. “Trabzonspor” və “Beşiktaş”ın şansı qalmasa da, “Başakşəhər” qələbə qazanacağı halda, pley-off mərhələsinə yüksələcəkdi. İstanbul təmsilçisi bu oyunda əzmkar qələbəyə imza ataraq pley-offa yüksəlib. Digər iki klub isə son oyunda da məğlubiyyətə üzülüb.


Avropa Liqası
12 dekabr


A qrupu


Qarabağ – Düdelanj (Lüksemburq) 1:1
Qol: Qeye, 90+1 – Buqren, 63.


APOEL (Kipr) – Sevilya (İspaniya) 1:0
Qol: Saviç, 61.


Sevilya – 15, APOEL – 10, Qarabağ – 5, Düdean – 4.


B qrupu


Dinamo (Kiyev, Ukrayna) – Luqano (İsveçrə) 1:1
Qol: Tsiqankov, 90+4 – Aratore, 45.


Kopenhagen (Danimarka) – Malmö (İsveç) 0:1
Qol: Papayannapulos, 77-öz qapısına.


Malmö – 11, Kopenhagen, 9, Dinamo – 7, Luqano, 3.


C qrupu


Bazel (İsveçrə) – Trabzonspor (Türkiyə) 2:0
Qol: Vidmer, 21. Stokker, 72.


Xetafe (İspaniya) – Krasnodar (Rusiya) 3:0
Qol: Kabrera, 76. Molina, 78. Kenedi, 86.


Bazel – 13, Xetafe – 12, Krasnodar – 9, Trabzonpor - 1.


D qrupu


LASK (Avstriya) – Sportinq (Portuqaliya) 3:0
Qol: Trauner, 23. Klauss, 38-pen. Raquz, 90+3.


PSV (Hollandiya) – Rusenborq (Norveç) 1:1
Qol: İhattaren, 63 – Helland, 22.


LASK – 13, Sportinq – 12, PSV – 8, Rusenborq – 1.


E qrupu


Renn (Fransa) – Latsio (İtaliya) 2:0
Qol: Qnaqnon, 31; 87.


ÇFR (Rumıniya) – Seltik (Şotlandiya) 2:0
Qol: Burka, 49. Dyokoviç, 70.


Seltik – 13, ÇFR – 12, Latsio – 6, Renn – 4.


F qrupu


Standard (Lyej, Belçika) – Arsenal (İngiltərə) 2:2
Qol: Bastien, 47. Amallah, 69 – Lakazette, 78. Saka, 81.


Ayntraxt (Frankfurt, Almaniya) – Vitoriya (Portuqaliya) 2:3
Qol: Da Kosta, 31. Kamada, 38 – Roşinya, 8. Elmusrati, 85. Edvards, 87.


Arsenal – 11, Ayntraxt – 9, Standard – 8, Vitoriya – 5.


G qrupu


Portu (Portuqaliya) – Feyenoord (Niderland) 3:2
Qol: L.Dias, 14. Malasia, 16-öz qapısına. Soares, 34 – Bottegin, 19. Larsson, 22.


Reyncers (Şotlandiya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol: Morelos, 30 – Barişiç, 89-öz qapısına.


Portu – 10, Reyncers – 9, Yanq Boyz – 8, Feyenoord – 5.


H qrupu


Espanyol (İspaniya) – ÇSKA (Rusiya) 0:1
Qol: Vlaşiç, 84.


Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan) 1:1
Qol: Lukoki, 24 – Skvarka, 90+5.


Espanyol – 11, Ludoqorets – 8, Ferentsvaroş – 7, ÇSKA – 5.


I qrupu


Gent (Belçika) – Aleksandriya (Ukrayna) 2:1
Qol: Depoitre, 7; 16 – Miroşniçenko, 54.


Volfsburq (Almaniya) – Sent-Etyen (Fransa) 1:0
Qol: Otavio, 52.


Gent – 12, Volfsburq – 11, Sent-Etyen – 4, Aleksandriya – 3.


J qrupu


Roma (İtaliya) – Volfsberq (Avstriya) 2:2
Qol: Perotti, 7-pen. Dzeko, 19 – Florensi, 10-öz qapısına. Vaysman, 64.


Borussiya (Münhenqladbax, Almaniya) – Başakşəhər (Türkiyə) 1:2
Qol: Turam, 33 – İ.Kahveçi, 44. Krivelli, 90.


Başakşəhər – 10, Roma – 9, Borussiya – 8, Volfsberq – 5.


K qrupu


Slovan (Slovakiya) – Braqa (Portuqaliya) 2:4
Qol: Şporar, 42. Moha, 70 – Fonte, 44. Trinkao, 72. Bojikov, 75-öz qapısına. Paulinyo, 90+3.


Vulverhempton (İngiltərə) – Beşiktaş (Türkiyə) 4:0
Qol: Jota, 58; 63; 69. Dendonker, 67.


Braqa – 14, Vulverhempton – 13, Slovan – 4, Beşiktaş – 3.


L qrupu


Mançester Yunayted (İngiltərə) – Alkmaar (Niderland) 4:0
Qol: Yanq, 53. Qrinvud, 58; 64. Mata, 62-pen.


Partizan (Serbiya) – Astana (Qazaxıstan) 4:1
Qol: Souma, 4. U.Sadiq, 22; 76. Asano, 26 – Rotariu, 79.


Mançester Yunayted – 13, Alkmaar – 9, Partizan – 8, Astana – 3.

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB