TOP 10

Rəşad Sadıqov millinin baş məşqçi postunda görmək istədiyi mütəxəssisi açıqladı: "Fasilədə Qurban Qurbanov bizi sərt şəkildə tənqid etdi və tələb elədi ki..."

Futbol
Tarix: 2019-12-13 01:05

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin VI turunda evdə Lüksemburq "Düdelanj"ı ilə heç-heçə (1:1) etdikləri matçdan sonra Sport24.az-ın da iştirakıyla keçirdiyi brifinqdə sualları cavablandırıb. Təcrübəli müdafiəçi öncə oyun barədə danışıb. 

 

- Rəqibin oyun üslubu, pressinq etməsi həqiqətən də bizim üçün gözlənilməz oldu. Təcrübəli komandayıq və belə şeylərə hazır olmalıyıq. Təəssüf ki, buna hazır olmadıq və rəqib ilk hissədə bizə oynamaq imkanı vermədi. Düzdür, qol epizodları olurdu, amma oyunumuzu göstərə bilmirdik. Fasilədə baş məşqçimiz bizi sərt şəkildə tənqid etdi və tələb elədi ki, ikinci hissədə topa sahib olaq, sürətli oynayaq. İkinci hissə başlayan kimi azlıqda qaldıq, az sonra isə qol buraxdıq. Amma əzmkarlıq göstərdik. Hətta uduzsaydıq belə, bu sözləri deyəcəkdim. Bir neçə real qol imkanımız oldu. Şükürlər olsun ki, hesabı bərabərləşdirdik və qrup mərhələsini məğlubiyyətlə başa vurmadıq.

 

- Oyunun formal xarakter daşıması motivasiyanıza təsir etdi?
- Həqiqətən də çox səbəblər var. Tək bu deyil. Komandamız bu mövsümsə 30-a yaxın oyun keçirib. Milli üzvləri heyətimizdə çoxdur və onlar 33-34 matç keçiriblər. Komanda çox yorğundu. Düzdür, bunu təkrar edirəm, amma komanda yorğundur. Motivasiya baxımından böyük zərbələr almışdıq. Qrupdan çıxmağa ümidli idik. Oyundan öncə isinmə hərəkətlərindən geri qayıdarkən Qurban Qurbanov bizi sərt tənqid elədi ki, xoşuma gəlmədiniz. Hamı səbəbi bilir. 0:1-dən sonra komanda ayıldı və uduzmaq istəmədiyini göstərdi. Hər matça ciddi yanaşmalıyıq. “Qarabağ” forması ilə oyuna çıxarkən sona qədər mübarizə aparmalıyıq.

 

- “Qarabağ”ın qrupda 3-cü yeri tutması gücünü göstərir, yoxsa bəxti gətirmədi?
- APOEL-lə gücümüz bərabər idi. Oyunlar göstərdi ki, onlardan qat-qat üstün idik. Fikir verirdinizsə, onların açıqlamalarında bir şübhə var idi ki. Hamı gördü ki, APOEL-dən qat-qat üstün oynadıq. Əsas da səfərdəki oyunda çoxlu qol şanslarını əldən verdik. Heç olmasa 1 qol vursaydıq, bu oyun formal olacaqdı. Belə hallarla çox qarşılaşmışıq. Öncəki illərdə Çempionlar Liqasında “Seltik” və “Viktoriya” ilə oyunlarda yaxşı mübarizə aparsaq da, sonda alındıra bilmirdik. Elə oldu ki, həmin dövrü da aşdıq. Belə hallar səbir, zəhmət tələb edir. Səbirli olub, növbəti mövsümləri gözləyək. Qrupa düşməyi bu qədər adiləşdirmək olmaz. Bəli, bu il yaxşı şans var idi. Oyun baxımından da yaxşı idik.

 

- APOEL-in “Sevilya”ya qalib gəlməsi sizin üçün gözlənilməz oldu?
- Bu haqda məlumatlı deyiləm. APOEL zəif rəqib deyildi. Onu iki oyunda üstələdik, amma 2 matçda qalib gələ bilmədik.

 

- Püşk atılanda “Qarabağ”ın “Düdelanj” və APOEL-lə bərabər səviyyədə olduğunu və bu qrupdan çıxmalı olduğunuzu söyləmişdiniz...
- Həyatımda belə söz deməmişəm, çox əminəm. Öz mentalitetimi bilirəm. Çalışacağımızı və güclərin bərabər olduğunu söyləmişdim. Əvvəlcədən proqnoz vermək olar. “Düdelanj”a bu gün uduza da bilərdik. Bu rəqib APOEL-i məğlub edib. Evdə də APOEL-ə qarşı yaxşı oynamışdıl və qol imkanları yaratmışdı. Sadəcə, iki künc zərbəsindən qol buraxmışdı. Belə epizodlar çox oldu. Bir epizod çox şeyi həll edə bilərdi. Qrupa düşməyi adiləşdirmək olmaz. İstəməzdim gələcəkdə bu, bizim üçün yenidən arzu olsun. Çox çətindir, 4 tur keçirsən, Avropa klublarına qarşı oynayırsan. Arzu edərəm ki, hər klubumuz qrupa düşsün. Hətta qrupda belə bir qələbənin arzusunda idik. Bilirəm, hamının arzusudu, bz də çox istəyirdik. Komandanı və hətta məni də tənqid edənləri mormal qarşılayıram. Səhv varsa, tənqid olacaq. Bəzi şeyləri isə unutmaq olmaz. Mənə görə Azərbaycan klubunun Avropa Liqasının qrupunda oynaması uğurdur. Bu gün deyirəm və sabah oynamasam da, bunu söyləyəcəm.

 

- Heyətin kasad olması “Qarabağ”a mane oldu?
- Bilmirsən ki, nədən danışasan. Mənə görə əsas problem qol epizodlarından istifadə etməmək oldu. 6 oyunda 22-23 real qol şansımız oldu.


- Komandanın neçə faizi dəyişməlidir ki, yeni mövsümdə də qruplarda çıxış edə biləsiniz?
- Bu mövsüm heyətimiz uğurlu idi. Qrupa düşmüşüksə, yaxşı oynamışıqsa, problem yoxdur. Amma hər il 2-3 yeni futbolçu istəyərik və yeni nəfəs gəlsin. Pep Qvardiola “Barselona”da 5 il, “Bavariya”də 3 il çalışdı. Çox işləmədi, kifayət etdiyini düşünürdü. Bəzən dəyişikliklər komandanın xeyrinə olur.

 

- Sabah İcraiyyə Komitəsinin iclası keçiriləcək. Sizcə, milli komandamızın yeni baş məşqçisi əcnəbi, yoxsa yerli olmalıdır?
- Həmişə yerli məşqçinin tərəfdarı olmuşam. Əcnəbi mütəxəssisin təcrübəsindən danışırlar. Mənə maraqlıdır, Nikola Yurçeviçin hansı təcrübəsi var idi ki? Təcrübə problem deyil, əsas odur ki, futbolçularla dil tapa biləsən, mentalitet bir olsun. Buna görə də yerli mütəxəssis istəyirəm. Əcnəbi olacaqsa, çox istəyərəm ki, Robert Prosineçki olsun. O, Azərbaycan mentalitetini tez qavradı, futbolçularla dil tapdı. Yerli istəyirəm, amma əcnəbi olacaqsa, yeganə istəyim Prosineçkidi.

 

- AFFA-nın baş katibi Elxan Məmmədov İTV-dəki verilişdə sizin yığmadan göndərilməyinizin səbəbində bildirdi ki, Rəşad Sadıqov həm də futbol oynayırdı...

- Təyinatdan öncə beş dəfə söhbət olmuşdu və razılaşmırdım. Futbol oynadığımı deyirdim. Söhbətlər, görüşlər olub. Görüşdə “Qarabağ”da oynaya-oynaya U-19 komandasını çalışdırdığımı və “Atletiko”ya səfərdə qalib gəldiyimi deyiblər. Yəni, təcrübəmin olduğunu, futbolçuları tanıdığımı bildirirdilər. Mən də razılaşdım. Hətta göndərilməmişdən bir gün qabaq Elxan Məmmədovla telefon danışığında bildirdim ki, problem mənim məşqçiliyimdədirsə, karyeramı bitirə bilərəm. Səbəb soruşanda dedilər ki, həm məşqçisən, həm də futbolçu. Bildirdim ki, karyeramı bitirə bilərəm. Millidən getməyim futbolçu karyerama görə deyildi. Keçən il karyeramı bitirəcəkdim. Bu söhbət də olmuşdu dekabr ayında. Orda bildirdim ki, məşqçi karyeramı davam etdirmək istəyirəm. İstəyirsinizsə, karyeramı bitirib, məşqçi ola bilərəm. Sonra isə cavab gəlmədi.

 

- Əsl səbəbi açıqlaya bilərsiniz?
- Qərarı qarşı tərəf verib. Əsl səbəbi Elxan Məmmədovdan soruşsanız, daha yaxşı olardı. Yaxşı olardı ki, bir daha soruşasınız.

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB