TOP 10

Qara Qarayev "Qarabağ"ın budəfəki qrupda çox şey edə bildiyini sayır: "Bəlkə də həyatımın ən çətin 45 dəqiqəsi idi"

Futbol
Tarix: 2019-12-13 00:49

"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin son turunda Lüksemburqun "Düdelanj" klubuyla evdəki 1:1 hesablı bərabərlikdən sonra brifinq keçirib. İkinci hissə başlayan kimi ikinci sarı vərəqə alaraq meydandan çıxarılan yarımmüdafiəçi Sport24.az-ın əməkdaşının da suallarını cavablandırıb.

 

- Matçı necə dəyərləndirərdin?

- Sonuncu oyunumuz idi, qalib gəlmək istəyirdik. Ancaq alınmadı. Düşünürəm ki, bu qrup mübarizəsi bizim üçün heç də pis olmadı. Nəticə baxımından hər hansı itkilərimiz oldu. Ancaq oyun, yaratdığımız qol şansları baxımından bu dəfə daha çox şey edə bildik. Sadəcə, yekunda nəticə qazana bilmədik. Düşünürəm ki, layiqli mübarizə apardıq. Sadəcə, bəzi epizodlarda şanssızlığımız oldu deyə növbəti mərhələyə çıxa bilmədik. 

 

- Səncə, komandanızın qrupdan çıxmaq şansı olsaydı, "Düdelanj"a qarşı belə oynayardı?

- Məncə, qrupdan çıxmaq şansımız olsaydı, bu qədər də azarkeş olmazdı. Fikrimcə, azarkeşlərdən tutmuş özümüzə qədər fərqli ab-hava olacaqdı. Ancaq biz komanda olaraq o ab-havanı qorumağa çalışdıq. Yenə də bizim üçün əhəmiyyətsiz oyun deyildi. 

 

- Görünürdü ki, o komanda deyil...

- Bilirsiniz də, son zamanlar üzərimizdə bir az yüklənmələr, yorğunluq olur. Xüsusilə APOEL-lə matçdan sonra üzərimizə gəlmələr oldu, nəticə baxımından heç nə qazanmadıq deyə bizə təzyiq etdilər. Düşünürəm ki, bunlar bizi daha çox yormuşdu. Amma qalib gəlmək üçün əlimizdən gələni elədik.

 

- Xeyli sayda top itkilərinizi, üstəlik, aldığın qırmızı vərəqəni nəylə əlaqələndirirsən?

- 10 nəfərlə qalandan sonra top itkisi məcburidi. Çünki komanda azlıqda oynayır. Qrmızı vərəqəmə gəlincə, həmin epizodda mübarizəyə qayda pozuntusu etmək və ya vərəqə almaq üçün getmirdim. İkinci hissədə paltardəyişmə otağının pəncərəsindən baxmışam. Bəlkə də həyatımın ən çətin 45 dəqiqəsi idi. Yekunda sağ olsun komanda yoldaşlarım ki, matçdan sonra mənə dəstək oldular. Komandamı azlıqda qoymaq istəmirdim. Ancaq düşünürəm ki, futbolçularımız kinci 45 dəqiqədə daha aqressiv mübarizə apardılar. Fikrimcə, mən yox, meydada 1 nəfər də olsaydı, daha fərqli oyun olub bəlkə də qələbə qazana bilərdik. Ancaq yalnız heç-heçə edə bildik.

 

 

 

FƏRƏC ASLANOV 

CBCsport
19 Fevral 2020
18 Fevral 2020
B.eÇ.aÇC.aCŞB