TOP 10

Balayevin meneceri Avropadan aldıqları təklifləri açıqladı: "Tobol"un prezidenti məni əmin etdi ki, yeni baş məşqçiləri erməni olsa, Emili..."

Futbol
Tarix: 2019-12-12 18:00

Ötən qış fasiləsində "Səbail"dən Qazaxıstanın "Tobol" klubuna keçən Emil Balayev özünü ən yaxşı tərəfdən göstərdi. Məhz Kostanay klubunda inamlı oyunu sayəsində 25 yaşlı qapıçı Azərbaycan millisinin də "1 nömrə"si oldu. İndi Emil Azərbaycan publikasının sevimlisi sayılır. 

 

Balayevin "Tobol"la hələ 1 illik müqaviləsi var və belə görünür ki, hər şey öz axarıyla gedir. Ancaq komandasının baş məşqçi postuna əsas namizədlə - milliyətcə erməni olan Qriqori Babayanla bağlı planlaşdırılmayan vəziyyət yarandı. Erməni məşqçiylə azərbaycanlı futbolçu necə birgə işləyəcək? Sual ritoriklərdən deyil. Balayevin meneceri olan Stanislav Stanislavskiylə söhbətləşməyi qərara aldıq ki, o, təkcə bu münasibətlərdən gözləntiləri ilə bağlı danışmadı, eyni zamanda müştərisinin yaxın perspektivi haqda söz açdı: "Balayevin klubla müqaviləsi var ki, bu, 2021-ci ilin yanvarında bitəcək. Emil Qazaxıstan çempionatında özünü ən yaxşı tərəfdən göstərdi, ən yaxşı qapıçılardan biri oldu. "Tobol" rəhbərliyi bu transferdən çox razıdı".

 

Əlbəttə, Babayanın mümkün təyinatı ilə bağlı məsələyə toxunmaya bilməzdik: "Futbol və siyasət bir-birinə qarışmamalıdı. Sadəcə, bəzən bu, mümkün olmur. Onu qeyd etmək istəyirəm ki, Babayan Almatıda anadan olub və yaşayıb. Buna baxmayaraq, klubun prezidenti Nikolay Paninlə artıq bu məsələylə bağlı danışmışam. O, məni əmin etdi ki, Emili pis vəziyyətdə qoymayacaqlar. Bir də Babayanın təyinatıyla bağlı məsələ tam həll olunmayıb. Mənə klubun prezidenti belə dedi. Fikrimcə, məsələnin qeyri-idman tərəfi əngəl olmayacaq və birinci rola peşəkar münasibətlər çıxacaq. Sirr deyil ki, Balayev məhz "Tobol"da əla artırdı. Bunda komandanın qapıçılarla işləyən məşqçisi Yevgeni Naboyçenko titanik iş görüb. Əlbəttə, qolkiperin xidmətlərini qətiyyən azaltmaq istəmirəm. Emilə afərin, işləməyi sevir, onda "ulduz xəstəliyi" qorxusu yoxdu. Bu gəncin intelekt səviyyəsi yüksəkdi və məqsədə can atması da yetərincədi. Ona qazandıqlarıyla kifayətlənmək olmaz".

 

Qazaxıstan çempionatına hörmətimiz nə qədər olsa da, həmyerlimizi daha güclü liqalarda görmək istərdik. Balayevin meneceri artıq bu qış fasiləsində azərbaycanlı futbolsevərlərin hansısa Avropa klubuna azarkeşlik edəcəyini istisna etməyib. Məlum oldu ki, millimizin qapıçısını sıralarında görmək istəyən klubların sayı yetərincədi: "Avropanın aparıcı klubları Emillə maraqlanır. Bunlar arasında Rusiya təmsilçisi də var. Onu qeyd etmək istəyirəm ki, Balayevlə qarşımıza belə məqsəd qoymuşuq - hansı ölkəyə getsə belə, yalnız yüksək liqada çıxış edəcək!"

 

Stanislavskidən ölkələri konkretləşdirmək istədik: "Bu, Belçika, İsveçrə, Portuqaliya, Kipr və əvvəl dediyim kimi, Rusiyadı. Hamısı yüksək liqa klublarıdı. Digər variantları sadəcə, kənara qoyuruq. Ötən qış fasiləsində BATE-dən təklif vardı, ancaq "Tobol"la artıq müqavilə imzalamışdıq. İndi müştərimlə maraqlanan klubların açıqlaya bilmərəm. "Transfer pəncərəsi" hələ açılmayıb belə". 

 

Balayevin Qazaxıstanda uğurlu çıxışı digər azərbaycanlı futbolçuların da yolunu açacaqmı? Stanislavski əmindi ki, belə də olacaq: "Emil özünü yaxşı tərəfdən göstərdi. O, yalnız Kostanayda yox, bütün Qazaxstanda sevildi. Artıq bir sıra klublar var ki, azərbaycanlı futbolçularla maraqla bağlı mənə çıxdılar. Bəli, sizdə çox perspektivli futbolçu var. Azərbaycanda artıq iki dəfə olmuşam. Millinizin Uelsə görüşünü stadiondan izləmişəm, digər matçlarının videoyazılarına baxmışam. Hesab edirəm ki, seçmə mərhələdə 1 xal millinizin real potensialı deyil. Pozitiv məqam da var ki, bu xal dünya çempionatının vitse-çempionuyla matşda əldə olunub! Camaləddin Xocaniyazovun adını qeyd edə bilərəm ki, yaxın vaxtda ölkənizin hüdudlarından kənarda çıxış etmək perspektivi var. 2-3 futbolçu da var ki, yaxın gələcəkdə legioner ola bilərlər. Bu istiqamətdə işlər gedir. Buna görə ümid edirəm ki, gözəl mətbəxi olan Azərbaycana tez-tez səfər etməli olacam". (Football24.az)

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB