TOP 10

Yığmamızın Minsk toplanışı davam edir - VİDEO

Güləş
Tarix: 2019-12-12 17:00

Yunan-Roma güləşi üzrə yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir. Sport24.az xəbər verir ki, millimiz "Stayki" Olimpiya İdman Kompleksində yerli komandayla birgə hazırlıq keçir.

Dekabrın 25-dək davam edəcək TMT-də güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.


Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov rəhbərlik edir.


CBCsport
03 Avqust 2020
02 Avqust 2020
01 Avqust 2020
B.eÇ.aÇC.aCŞB