TOP 10

Vaqif Sadıqov Yurçeviçli millimizlə bağlı bütün müsbət və mənfi məqamları İK-da qeyd edəcək: "İclasda çoxlu dəlil gətirəcəm ki..."

Futbol
Tarix: 2019-12-12 16:07

Sabah AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. Sport24.az xəbər verir ki, gündəlikdə 13 məsələ var və onlardan biri AFFA-yla imzaladığı 1 illik müqaviləsi növbəti ilin fevralında bitəcək millimizin baş məşqçisi Nikola Yurçeviçin gələcək taleyidi.

 

İK-nın üzvü, eyni zamanda AFFA Məşqçilər Komitəsinin sədri olan Vaqif Sadıqov bizimlə söhbətdə bütün qərarların ölkə futbolunun xeyrinə olacağını ümid etdiyini bildirib: "Konkret olaraq Yurçeviçin taleyi haqda danışmaq istəməzdim. Məni düzgün başa düşün, bu, məsələnin etik tərəfidi. İK-nın qərarlarına gəlincə, ümid edirəm ki, bu, ölkə futboluna faydalı olacaq". 

 

Hər halda, Sadıqov başçılıq etdiyi qurumun mövqeyinə toxunmağa razı olub: "Milli komandamızın başa çatan tsikldə çıxışını diqqətlə analiz etdik. Məşqçilər Komitəsinin mövqeyini sabah İK üzvlərinin diqqətinə çatdıracam, bütün müsbət və çənfi məqamları qeyd edəcəm. Hansı suallara cavab tapmağa çalışdıq? Bu iki məqamdan ibarətdi - Yurçeviçlə nəyə nail olduq və o, qalarsa, nəyə ümid edə bilərik. Onunla bütün seçmə mərhələdə cəmi 1 xal qazandıq. Əlbəttə, iclasda çoxlu dəlil gətirəcəm ki, indi bu haqda danışmaq istəmirəm. Ancaq bu, şəxsi yox, bütün Məşqçilər Komitəsinin fikridi. Bir daha təkrarlayıram ki, sabahkı iclasda qəbul olunacaq bütün qərarların futbolumuzun xeyrinə olacağına çox ümid edirəm".

 

Xatırladaq ki, İK-nın toplantısı sabah AFFA-nın inzibati binasında saat 10:00-da başlayacaq. 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
01 Avqust 2020
B.eÇ.aÇC.aCŞB