TOP 10

Abdullayev "Qarabağ"ı formal matça motivasiya edən amilə toxundu, boş tribunalara hazır saydı: "Əminəm ki, "Düdelanj" məğlub ediləcək!"

Futbol
Tarix: 2019-12-12 14:55

"Qarabağ"ı onun statusu motivasiya etməlidi. Bu, elə komanda deyil ki, yalnız özünə görə oynasın. "Qarabağ" azarkeşlərə görə oynayır. Bu komandanın birinci prinsipi azarkeşlərini oyunuyla sevindirməkdir ki, onların da sayı az deyil". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın sabiq baş məşqçisi Elxan Abdullayev bildirib. 

 

Millimizdə iş təcrübəsinə malik, hazırda U-16 və U-15 yığmalarında məşqçi iləyən 49 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsində Ağdam təmsilçisinin  Lüksemburqun "Düdelanj" klubuyla bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi son turun görüşüylə bağlı gözləntilərindən danışıb. Məlumdur ki, ağdamlıların hesabında 4 xal olsa, qrupdan çıxmaq şansı artıq yoxdu. Buna baxmayaraq, Abdullayev bu faktorun Azərbaycan çempionuna təsir göstərməyəcəyini hesab edir: "Bu matçın formal xarakter daşımasına baxmayaraq, fikrimcə, Qurban Qurbanovun yetirmələri yüz faiz gücünü qoyacaqlar ki, turniri major notda bitirsinlər. İndi o haqda danışmırıq ki, matç necə yekunlaşacaq. Bu, futboldu, görüş hər bir nəticəylə yekunlaşa bilər. Daha vacib olan budur ki, "süvarilər" qələbə üçün bürün gücünü qoyacaq və əminəm ki, "Düdelanj" Bakıda məğlub olunacaq. Bəli, son vaxtlar nəticələri parlaq deyil, anncaq bunun obyektiv səbəbləri var. İlin sonunadək yığılan yorğunluq öz sözünü deyir. Bütün cəbhələrdə vuruşmaq çox çətindi. Buna baxmayaraq, öz fikrimdə qalıram. Bu inam hardan gəlir? Hər şey sadədi, "Qarabağ" Lükemburq çempionunu bütün komponentrlərdə üstələyir. Bəli, əminəm ki, "Qarabağ" qalib gələcək!".

 

Abdullayevlə söhbətimizdə bu axşamkı matçda azarkeş amilinə də toxunub. Axı, qarşılaşmaya maraq çox azdı və mərkəzi arenamızda tribunlarda çox az tamaşaçı olacaq. Bu amil təmsilçimizin oyununa mənfi təsir göstərə bilərmi? Həmsöbbətimiz elə bir nümunə gətirdi ki, mübahisəyə yer qalmadı: "Məgər "Qarabağ"ın Azərbaycan çempionatındakı matçlarıma on minlərlə azarkeş gəlib? Buna baxmayaraq, komanda oynayır və uzun illərdi Premyer Liqada qalib olir. Fikrimcə, "Qarabağ" boş tribunalara hazırdı. Burda müəyyən nünaslar var. Çödlə qışdı. artıq soyuqdu. Matç axşam 10-da başlayacaq, hər adam belə gec stadiona gedə bilmir. Yalnız ən çılğın azarkeşlər heç nəyə baxmayaraq gələcək ki, sevimli komandalarını dəstəkləsinlər. Burda psixoloji məqam da var ki, ümumi uğura şansı olanda, stadiona gəlirsən. İndiki məqamda pley-offa vəsiqənin taleyi artıq həll olunub. Belə hallarda stadiona yalnız ən sadiq azarkeşlər gəlirlər". 

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
01 Avqust 2020
B.eÇ.aÇC.aCŞB