TOP 10

“Birmingem”in baş məşqçisindən Beqoviçlə bağlı açıqlama

Dünya Futbolu
Tarix: 2019-12-12 13:27

İngiltərənin “Birmingem” klubu yanvarda qapıçı almaq niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 


İcarə əsasında “Qarabağ”da çıxış edən “Bornmut”un qapıçısı Asmir Beqoviç və “Portsmut”dan Kreyq Makkiliverylə daha əvvəl maraqlanan “Birmingem”in baş məşqçisi Pep Klotet yeni transferlərlə bağlı verilən sualı cavablandırıb. Klotet, “yanvarda yeni qapıçı ilə müqavilə imzalayacaqsızmı” sualına “bildiyim qədəriylə yox” deyə, cavab verib.


İngiltərə mətbuatının xəbərinə görə Beqoviçlə “Vest Hem” və “Derbi Kaunti” də maraqlanır.


Sentyabrda icarə əsasında “Qarabağ”a keçən Beqoviçin müqaviləsi ilin sonuna qədərdir.

CBCsport
24 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB