TOP 10

"Keşlə" millimizin futbolçusunu hədəfə aldı

Futbol
Tarix: 2019-12-12 13:00

"Keşlə" qış transfer dövründə heyətinə bir neçə yeni futbolçu cəlb etməyi planlaşdırır. Football24.az-ın əldə etdiyi məlumata görə, onlardan biri "Səbail"in liderlərindən olan Ağabala Ramazanovdu. 

 

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov milimizin də üzvü olan 26 yaşlı hücumçuya çoxdan göz qoyub. Klubla futbolçu arasında keçidlə bağlı danışıqlar da olub. Ancaq tərəflər məvacib məsələsində hələ ortaq məxrəcə gəlməyiblər. 

 

Ağabala "Keşlə" "İnter" adlanan yarım il onun şərəfini qoruyub. Bu, 13 matçda 4 qol vurduğu 2016/17 mövsümünün ilk yarısıdı. 

 

Xatırladaq ki, Ramazanov Moldovanın "Şerif" klubunun da maraq dairəsinə düşüb. Onun "Səbail"lə müqaviləsində belə şərt var ki, xaricdən təklif gəlsə, onu sərbəst buraxacaqlar. 

 

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
01 Avqust 2020
B.eÇ.aÇC.aCŞB