TOP 10

"Qarabağ"ın futbolçusunun cəzası yüngülləşdirildi

Futbol
Tarix: 2019-12-12 10:40

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib. Sport24 həmin yığıcağın qərarlarını diqqətinizə çatdırır: 

 

1. “Baku Fans” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
2. AFFA İntizam Komitəsinin 20 noyabr 2019-cu il tarixli qərarı ilə Futzal üzrə Birinci Liqada 5 noyabrda keçirilən “Baku Fans” – “Baku Fire-2” oyununda “Baku Fans”ın üzvü Eldost Paşayevin rəqibi ayaqla bilərəkdən vurduğuna, hakimi təhqir etdiyinə, hakimə fiziki təzyiq göstərdiyinə görə 10 oyun cəzalandırılması qərarı qüvvədə saxlanılsın.
 
1. “Qarabağ” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 26 noyabr 2019-cu il tarixli qərarı ilə 22 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XII turunun “Sumqayıt” – “Qarabağ” oyununun 72-ci dəqiqəsində “Qarabağ” klubunun 18 №-li futbolçusu İsmayıl İbrahimlinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı üçdən ikiyə endirilsin.

 

Beləliklə, İsmayılın cəza müdəti başa çatdı və qış fasiləsindən sonra ilk turda komandasına kömək edə biləcək. 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
01 Avqust 2020
B.eÇ.aÇC.aCŞB