TOP 10

Bundesliqa klubunda yeni müqavilə

Dünya Futbolu
Tarix: 2019-12-12 11:00

Almaniyanın “Volfsburq” klubu qapıçısı Kun Kastelslə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.


Tərəflər arasındakı yeni müqavilənin müddəti 2024-cü ilə qədərdi. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.


Qeyd edək ki, Kastlels “Volfsburq”a 2015-ci ildə “Hoffenhaym”dan transfer olunub. 27 yaşlı belçikalı qolkiper bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 8 oyuna çıxıb, 9 qol buraxıb.


Sözügedən qapıçı daha öncə “Verder” və “Genk”in də uğurları üçün çalışıb.

CBCsport
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB