TOP 10

Beqoviçi istəyən yeni klub - 60 min funt sterlinq həftəlik məvacibi ödəmək lazımdı

Futbol
Tarix: 2019-12-11 10:29

"Qarabağ"ın qapıçısı Asmir Beqoviçin İngiltərə klublarından birinə keçidi daha real sayılır. Sport24.az xəbər verir ki, əsas namizəd Premyer Liqa təmsilçisi "Vest Hem" sayılsa ad, Çempionşipdən "Birmingem Siti" də müştərilər sırasına qoşulub. Birmingem təmsilçisi də 32 yaşlı bosniyalı qapıçısını ələ keçirməyi hədəfə alıb.

 

Bu komandanın qapıçısı Li Kemp hazırda pis formadadı və ispaniyalı baş məşqçi Pep Klotetin onu artıq növbəti ayda göndərəcəyi deyilir. Sadəcə, Asmir müqaviləylə Premyer Liqa təmsilçisi "Bornmut"a məxsus olduğundan, ilk növbədə bu klubla razılıq əldə olunmalıdı. Ən vacibi, danışıqlarda Beqoviçin həftəlik məvacibi olan 60 min funt sterliqin böyük hissəsini ödənməsi xüsusi yer tutur.

 

Xatırladaq ki, "Qarabağ" 4 aylığa icarəyə götürduyü Asmiri saxlayacağı inandırıcı görünmədiyindən, qolkiper yanvarda İngiıtərə qayıtmalıdı. 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB