TOP 10

Emil Balayevin yeni baş məşqçisi olmağa əsas namizəd ermənidi

Futbol
Tarix: 2019-12-10 20:02

Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubunun baş məşqçi postuna əsas namizəd müəyəynləşib. Sport24.az xəbər verir ki, bu, həmin ölkədə tanınan olan erməni mütəxəssis Qriqori Babayandı.

 

Qazaxıstan vətəndaşı olan 39 yaşlı bu mütəxəssis 2013-cü ildən "Astana"da işləyib, Roman Qriqorçukun köməkçisi olub. Babayan "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi ötən ilin payızında şəxsi işləriylə əlaqədar kənarda qaldığı müddətdə isə baş məşqçi əvəzi olub. O, bu ilin aperlində "Astana"dan qovulub. 

 

Qeyd edək ki, "Tobol"da Balayevi ötən qış fasiləsində transfer edən rusiyalı mütəxəssis Vladimir Qazzayevi istefaya göndəriləndən sonra baş məşqçi əvəzi qazaxıstanlı Nurbol Jumaskaliyev olub. Komamda onun rəhbərliyi altında çempionatı 4-cü yerdə başa vurub. Emilin Kostanay klubuyla hələ 1 illik müqaviləsi var. 

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB