TOP 10

Beqoviç "Qarabağ"la Bakını təriflədi, insanlarımızı çox möhtəşəm adlandırdı: "Klubun əməkdaşlığı davam etdirmək istəyi mənə çox xoş gəlir, elə mən də burda qalardım"

Futbol
Tarix: 2019-12-10 18:47

“Bakı haqda bəzi zəruri məlumatlarım var idi. Amma müsbət mənada sürprizdən qaçmaq mümkün olmadı. Şəhər, buranın insanları çox möhtəşəmdirlər. Klub yaxşı təşkilatlanıb. Buna gərə də hər şeydən razıyam”. Sport24.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın bosniyalı qapıçısı Asmir Beqoviç bildirib.

 

Müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus 32 yaşlı bosniyalı qapıçısı Ağdam təmsilçisiçi ilə aylıq müqavilə imzalamasına peşman olmayaraq. onu Avropa klubları ilə müqayisə də edib: "Qarabağ" böyük Avropa klubları ilə müqayisədə də yaxşı təşkilatlanmış təsiri bağışlayır. Bazamız, klub işləri ilə məşğul olan əməkdaşlarımız var. Deyərdim ki, “Qarabağ” o qədər də çox geri qalmır".

 

Asmir Premyer Liqamızın kifayət qədər yaxşı liqa sayır: "Çox məbləğdə pul yatırılır. Xarici futbolçuların da sayı çoxdur. Yerlilər də çox zəhmətsevərdirlər və çalışırlar ki, gəlmələrdən geri qalmasınlar. Stadionlar və infrastrukturun vəziyyəti məni müsbət mənada çox təəccübləndirdi. Orda olduğum 3 ayda hələ də pis meydanda oynamamışam”.

 

Beqoviç yanvarın əvvəlində Azərbaycanı tərk edəcəyindən də söhbət açıb: “Qarabağ”a oyun praktikası qazanmaq üçün gəlmişdim və bu hədəfə çatdım. Daim meydanda oldum, komandanın ən yaxşı oyunçularından birinə çevrildim və formamı bərpa etdim. Klub nümayəndələri ilə söhbətdə onların mənimlə əməkdaşlığı davam etdirmək istəyi mənə çox xoş gəlir. Elə mən də burda qalardım. Amma bu, yalnız məndən asılı deyil. Bir az fasilə verib, istirahət edəcəm, sonra necə olacağını gözləyəcəyik”. 

 


 

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB