TOP 10

Region Liqasında məhsuldar oyunlarla yekunlaşan tur: Baş məşqçini yola saldı, darmadağına sevindi

Futbol
Tarix: 2019-12-10 19:26

Region Liqasında VII tura yekun vurulub. Sport24.az xəbər verir ki, qalan 2 matç Patxat və Şimal zonasında olub və məhsuldar alınıb. 

 

Quba "Şahdağ" "Qardaşlar"ı "ASK Arena"da səfər matçında darmadağına sevinib - 6:2. Türkiyəli baş məşqçisi İbrahim Uzuncanı istefaya göndərəndən sonra ilk dəfə onsuz meydana çıxan bu komanda 2-ci pillədə olan ikiqat çempion "Uğur"la xal fərqini minimuma endirib. Sadəcə., Sumqayıt təmsilçisi sabah "İrəvan"la təxirə salınan səfər matçında qalib gəlsə, 1-ci pilləni qaytara bilər.

 

Tura yekun vuran matçda isə "Qusar" turnri cədvəlində eyni xalla malik qonşusu "Şirvanovka"ya "Kapital Bank Arena"da 4:2 hesabıya qalib gəlib və nəticədə onunla xal fərqini artırıb. 

 

"Şahdağ" (Qusar) - 19 (7), "Uğur" - 16 (6),  "Şahdağ" (Quba) - 15 (7), "Qusar" - 12 (7), "Şirvanovka" - 9 (7), "İrəvan" - 3 (6), "Qardaşlar" - 3 (7) - "Xudat" 3 (7)

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB