TOP 10

Nikola Yurçeviç "Zalsburq" - "Liverpul" matçında

Futbol
Tarix: 2019-12-10 18:00

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Avstriyaya yollanıb. Sport24.az xəbər verir ki, 53 yaşlı xorvatiyalı mütəxəssis bu haqda "Facebook" səhfəsində paylaşım edərək ona doğma şəhər olan Zalsbuqrda gəzintidə olaraq axşam böyük oyunun keçiriləcəyini qeyd edib. 

 

Bu, Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son turunda "Zalsburq" - "Liverpul" qarşılaşmasıdır ki, Yurçeviçin həmin görüşü stadiondan izləyəcəyi gözlənilir. Bu yerdə bildirək ki, avstriyalılar ən azı Avropa Liqasına vəsiqəni təmin edərək, 2-ci yeri tutaraq ÇL-də çıxışını davam etdirmək şansını da saxlayır.

 

Xatırladaq ki, Yurçeviç futbolçu karyerasında ən çox məhz "Zalsburq"da çıxış edərək, ən yaxşı illərini keçirdiyi komandanın heyətində 2 dəfə ölkə çempionu, 1 dəfə mövsümün bombardiri və UEFA Kubokunun finalçısı olub. 

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB