TOP 10

Ölkə birinciliyinin vaxtı dəyişdirildi

Digər
Tarix: 2019-12-10 16:43

Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan respublika birinciliyi və çempionatın vaxtı dəyişdirilib. Sport24.az xəbər verir ki, yarışlar 18-19 dekabr yox, 24-28 dekabr tarixlərində keçiriləcək.


Yeniyetmələr 24-25 dekabr tarixlərində (çəki günü 23 dekabr saat 12:00-dan 17:00-dək), gənclər 26-27 dekabrda (çəki günü 25 dekabr saat 11:00-dan 16:00-dək), böyüklər isə 27 dekabrda (çəki günü 28 dekabr saat 11:00-dan 16:00-dək) yarışacaq.


Birincilik Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB