TOP 10

"Keşlə"nin millimizdəki yeganə təmsilçisi 2 ölkədən dəvət alıb, daha yaxşı sayılan 3-cü təklifi gözləyir: "Legioner həyatına hazıram, sadəcə, Tərlan Əhmədov desə ki..."

Futbol
Tarix: 2019-12-10 16:00

"Keşlə" Premyer Liqanın bu il üçün son turunda qələbə qazana bilməsə də, hər halda, "Qarabağ"la səfərdə 2:2 hesablı bərabərliyi aktivinə yazmaq olar. Ən azı ona görə ki, Tərlan Əhmədovun komandası hesabda 2 dəfə geridə olduğu matçdan 1 xalla ayrıla bildi, hətta qələbə topunu da vurmaq şansı vardı. Bu matçda komandasın ən yaxşılarından, millimizdəki yeganə təmsilçisi olan cinah yarımüdafiəçisi Vüsal İsgəndərli Sport24.az-ın suallarını cavablandırıb. 

 

- "Qarabağ"la hesabda geridə olduğun qarşılaşmada iki dəfə tarazlığı bərpa etmək hər komandanın işi deyil. Buna nail oldunuz, özü də heyətinizdə ciddi itkilər, 3 əsas futbolçunun olmadığı bir vaxtda. Uğurlu nəticəyə nə dərəcə ümidli idiniz və məqsədinizə ilk növbədə nəyin hesabına nail oldunuz?

- Ümidiniz ilk növbədə ona görə idi ki, matça çox istəkli çıxmışdıq. "Qarabağ"dan ən azı 1 xal almaq niyyətində idik. Həmin matçadək 2-ci pillədə idik və bütün rəqiblərə onu göstərmək istəyirdik ki, boş-boşuna bu yerdə deyilik.  İtkilərimiz olsa da, həvəsdən düşmürdük və göstərdik ki, həqiqətən nəinki hesabı bərabərləşdirə, hətta irəli də çıxa bilərik. Bilirdik ki, ən azı 1 xal qazanmağımız mümkündü. 

 

- Kubokda da "Qarabağ"la qarşılaşacaqsınız. Bu əzmkar heç-heçə sizə nə dərəcədə motivasiya verəcək?

- Onsuz da "Qarabağ", "Neftçi" kimi komandalara qarşılaşarkən, futbolçulara xüsusi kökləməyə ehtiyac yoxdu. Onsuz da bu rəqiblərin adı insanı matça motivasiya edir. Sadəcə, 1 xal qazanmışıqsa, deməli, yenə maraqlı oyun, yaxşı rmüqavimət göstərmək istəyərik.

 

- Bəs, nəticə? Səmimi olsan, "Qarabağ"ı keçməyə nə dərəcədə real sayırsınız? Buna inamınız nə dərəcədə böyükdü?

- Mərhələ keçmək şansında "Qarabağ"ın üstünlüyü daha çoxdu. Bu rəqib bizdən daha şanslı görünür.

 

- Yəni hesab edirsən ki, püşkdə bəxtiniz yenə gətirmədi və "Keşlə" ardıcl 2-ci il "Qarabağ" səddində "ilişəcək"?

- Onu bilmək olmaz. Yenə çıxıb mübarizəmizi aparacağıq. Əlbəttə, hansı rəqib "Qarabağ"la görüşürsə, "Qarabağ" favorit sayılır. Ancaq bu, o demək ki, mərhələni onlar keçəcək. 

 

- Qış fasiləsinə 3-cü pillədə yollanası oldunuz. Nəticə nə dərəcədə qənətbəxş sayırsan?

- Keçən mövsüm sonuncu yeri tutmuş komanda üçün əlbəttə. çox yaxşı nəticədi. Üstəlik, bizdən 1 pillə irəlidə olan "Neftçi"ylə də xal fərqimiz elə çox deyil. İnşallah, qış toplanışında yaxşı hazırlaşıb, yaxşı transferlər edib, medallar uğrunda oynamaq olar. Ən azı 3-cü pillədə yerimizi möhkəmləndiməyə çalışacağıq. 

 

- Səncə, daha çox xal toplamağınız nə mane oldu? Geriyə boylananda, hansı xal itlilərinə daha çox üzülürsünüz?

- Bu haqda öz aramızda söhbət edirik ki, yaxşı oynadığımız qarşılaşmalarda 3 xalı çıxara bilsəydik, daha irəlidə olardıq. Məsələn, "Səbail"ə evdə uduzduğumuz matçda. Yaxud "Sabah"la görüşdə zatma dəqiqələrdə buraxdığımız qolla qələbəni əldən verdik. Belə uğursuz nəticələr olmasaydı, ən azı "Neftçi"dən irəlidə idik, lider "Qarabağ"la xal fərqimiz da çox az idi. 

 

- Qış faisləsində futbolçuların klub dəyişmələri az olur. Sənin də "Keşlə"ylə cari mövsümün sonunadək müqavilən var. Belə demək olarmı ki, klub dəyişikliyi gündəmdə olmayacaq?

- Kubok matçlardan sonra klubla oturub danışıqlar aparacam. Çünki xaricdən oynamaqla bağlı bəzi təkliflər var. Bunları baş məşqçimiz Tərlan Əhmədovla müzakirə edəcəm, onun bu haqda fikrini öyrənməliyəm. Kluba rəsmi təklif gələrsə, xariclə danışıq aparmalı olacağıq.

 

- Nə dərəcədə ciddi variantlardı?

- İki aydır iki xarici menecer var, mənimlə müqavilə imzalayaraq işləmək istəyir. Mən indiyədək nə xarici, nə də Azərbaycanda menecerlə müqavilə imzalamışam. Sadəcə, işləmək istəyən kluba normal təklif göndərir, bundan sonra klubla danışıq aparmaq olar. Yəni, hər bir şeyin öz yolu var.

 

- Araşdırmısan o menecerlərin fəaliyyətini ki, onlar işə qol qoymağa dəyərmi?

- Onlar eyni qurumda çalışırlar. Biri franszıdı, biri də Afrika tərəfdəndi. Azərbaycanda oynamış, "Zirə"də komada yoldaşı olmuş bir əcnəbi futbolçu vardı - adını deməyəcəm - onun köməkliyi ilə mənə çıxdılar ki, belə bir menecerlərik, səninlə işləmək istəyirik. Mən də burda problemi bir şey görmədim. Dedim ki, xaricdə mənə komanda tapnsılar, mən də klubumdan - baş məşqçimdən, prezidentimizdən məsləhət alaram. Həmin menecerlər də deyirlər ki, bu ölkələrdən təkliflər var. Mən də istəyərəm ki, ölkə xaricinə gedim, Azərbaycanı orda təmsil edim. 

 

- Konkret hansı ölkələrdi, hansı klublardı?

- Klub adını vermək düz olmaz. Ölkə Rumıniya, Polşadı. Sadəcə.  bir ölkə də var ki, daha yaxşı yerdəndi. Yanvarın 5-də bu təklif olmalıdı, görək necə olacaq...

 

- Legioner həyatı yaşamağa özünü nə dərəcə haızr sayırsan? "Keşlə"də artıq liderlərindənsən, isti yerini soyuq etməyə dəyərmi?

- Əlbəttə. mən sə istəyərəm ki, legioner həyatı yaşayım. Gedib o səviyyədə oynamaqdan həqiqətən qorxmuram, özünü buna hazır hiss edirəm. Təbii ki, baş məşqçimiz desə getmə, məsləhət olmasa, artıq onda heç bir şey edə bimərəm. Çünki Tərlan müəllim bu kluba gəldiyimdəm mənə çox xeyri dəyib. Ən azından komandamın liderlərindən olmağımda, milliyə getməyimdə baş məşqçimin çox böyük rolu var. Bir addım atanda elə etmək lazımdı ki, sonradan bunun peşmanlığını çəkməyəsən. Bir az aşağı səviyyəli komandaya gedərəm, ancaq bilərəm ki, ordan hansısa daha yaxşı bir ölkəyə keçə bilərəm. Hamısını fikirləşib addımını atmaq lazımdı. Getsəm, özümə inanıram ki, daha qabağa gedəcəm, nəinki geri qayıdacam.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB