TOP 10

Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

Futbol
Tarix: 2019-12-10 15:20

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb. Sport24.az xəbər verir ki, Ağayev, Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Luqano” (İsveçrə) oyununun baş hakimi olacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.


Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.


Dekabrın 12-də keçiriləcək “Dinamo” – “Luqano” oyunu saat 21:55-də start götürəcək.

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB