TOP 10

Rasim Kara millisinin AVRO-2020-də Bakıda oynayacağına şaddı: "Əminəm ki, yığmanızın da final mərhələsində iştirakı tezliklə gerçəkləşəcək"

Futbol
Tarix: 2019-12-10 14:20

"Azərbaycanda işlədiyim üçün çox xoşbəxtəm. Azərbaycan xalqı da Türkiyə millisinin oyunlarını izləyəcək, dəstək verəcək. Biz də Türkiyə olaraq oyunları Bakıda oynayacağımız üçün şadıq". Sport24.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin sabiq məşqçisi Rasim Kara bildirib.

 

O, AVRO-2020-nin final mərhələsində 2 matçını Bakıda keçirəcəyi millisinin uğurlu çıxışına böyük ümidlər bəsləyir: "Yeni, gənc heyətimiz var. Yerli azarkeşlər onları izləməkdən zövq alacaqlar. Oyunlara kimi olan müddət ərzində də millimiz daha da yaxşı hazırlaşacaq, daha da güclənəcək və qrupdan çıxmaq uğrunda mübarizə aparacaq".

 

Məlumdur ki, Kara iki müxtəlif vaxtda "Xəzər Lənkəran"ı, habelə "Qarabağ"ı çalışdırıb: "Azərbaycanda 4 ildən çox işləmiş şəxs kimi deyə bilərəm ki, ölkənizi çox sevirəm. Ordan çox gözəl xatirələrim var. İndi də ordakı inkişafı izləyirəm, görürəm. Qurban müəllimin, "Qarabağ"ın uğurlarına çox sevinirəm. İnşallah Azərbaycan millisi də dünya, Avropa çempionatlarında iştirak edər. Buna inanıram. Əminəm ki, tez bir zamanda bu gerçəkləşəcək.".

 

Kara növbəti yay ölkəmizə səfər edərək millisinə dəstəkləmək fikrindədir: "Yəqin ki, Avropa çempionatı zamanı mən də orada olacam. Sizin vasitənizlə Azərbaycandakı bütün dostlarıma, futbolçularıma, futbol funksionerləri nə salamlarımı göndərirəm. Azərbaycanı çox sevirəm" (Football24.az)

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB